0
Tuesday 6 December 2022 - 14:58

ABŞ konqresmeni: Ukrayna ABŞ-ın dəstəyinə layiq deyil

Story Code : 1028820
ABŞ konqresmeni: Ukrayna ABŞ-ın dəstəyinə layiq deyil
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, konqresmen bu barədə öz "Twitter" hesabında Donetskdə dağıdılmış kilsənin görüntülərini paylaşaraq yazıb. Kilsə Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. 

"Ukraynadakı bu müharibəyə davamlı dəstəyimiz mənəviyyatsızlıqdır. Ölümlər davam edir, Ukrayna isə hər hansı dəstəyə layiq olmayan avtoritar rejimə çevrilib. Mən ölüm və dağıntıların deyil, sülh danışıqlarının tərəfdarıyam. Kilsələri bombalamağın tərəfdarı deyiləm", deyə konqresmen vurğulayıb. 

Oktyabrın əvvəlində Qosar Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini sülh danışıqları üçün Arizona ştatının Feniks şəhərinə dəvət edən məktub dərc edib.