Baydenin səhvi: III Dünya savaşı başlaya bilər
6 Dec 2022 21:29
İslamTimes: ABŞ Prezidenti Co Baydenin Ukrayna ilə bağlı səhv addımları dünyanı nüvə müharibəsi təhlükəsinə doğru sövq edir.
Axar.az xəbər verir ki, bu sözləri amerikalı köşə yazarı Cordan Boyd “Federalist” nəşri üçün yazdığı məqalədə qeyd edib.
“Bayden nəinki ABŞ-ı sonsuz "proxy" müharibəsinə (vasitəçilik müharibəsi – red.) sürüklədi, həm də taktiki nüvə silahlarından istifadə riskini artırdı”, - deyə o bildirib.
Boyd yazır ki, amerikalıların çoxu Ukraynaya görə Rusiya ilə müharibə istəmir.
Story Code: 1028898