QR CodeQR Code

Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək

6 Dec 2022 22:31

İslamTimes: Gürcüstan hakimiyyəti Ukraynaya hərbi yardım edə bilmir və etməyəcək.


Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze deyib.

“Gürcüstan Ukraynaya tam və mütləq siyasi dəstək verir. O, həmçinin öz imkanlarından kənar humanitar yardım göstərir. Biz hərbi yardım göstərə bilmərik və etməyəcəyik", - deyə o bildirib.

O, ölkəsinin hərbi dəstəkdən imtina etməsinə səbəb kimi Abxaziya və Cənubi Osetiya kimi problemlərinin olması ilə izah edib.


Story Code: 1028900

News Link :
https://www.islamtimes.org/az/news/1028900/gürcüstan-ukraynaya-hərbi-yardım-etməyəcək

Islam Times
  https://www.islamtimes.org