0
Tuesday 6 December 2022 - 23:46

İraqada İŞİD-in 11 üzvü ələ keçirilib

Story Code : 1028903
İraqada İŞİD-in 11 üzvü ələ keçirilib
SalamNews İraqın Dövlət Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Babil, Kərkük, Nineva və Diyala əyalətlərində son sutkada aparılan əməliyyatlar çərçivəsində İŞİD-ə bağlı olan 11 nəfər ələ keçirilib.

Onlar ölkə konstitusiyası Cinayət məcəlləsinin dördüncü qanunu ilə (terrora qarşı mübarizə qanunu) ittihamlandırılırlar.

Qeyd edək ki, bu cinayət növü ilə tutulanlar adətən edama məhkum edilirlər.

İŞİD terror təşkilatı 2014-cü ildən 2017-ci ilə qədər İraqın üçdə birini nəzarətdə saxlayıb. Terror təşkilatı 2018-ci ilin əvvəlində nəzarətində olan əraziləri itirəndən sonra gizli sığınacaqlara geri çəkilib.