0
Wednesday 7 December 2022 - 08:49

Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

Story Code : 1028953
Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib
APA xəbər verir ki, bu barədə ölkənin İkinci Federal Məhkəməsi məlumat verib.

Məhkəmə onu korrupsiya işi üzrə təqsirli bilib.

Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.

Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezidenti vəzifəsində olub.