QR CodeQR Code

Fars Körfəzində ABŞ və İran gəmiləri arasında gərgin anlar yaşanıb

7 Dec 2022 09:16

İslamTimes: Fars Körfəzində yerləşən strateji Hörmüz boğazında İranın hərbi qayıqları ilə ABŞ hərbi gəmiləri arasında gərgin anlar yaşanıb.


SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, cari ayın beşində İran İslam İnqilabının Keşikçilər Korpusunun hərbi qayıqları ABŞ-ın hərbi gəmilərinə qarşı manevrlər ediblər.

İddia edilib ki, İranın hərbi qayıqları ABŞ-ın “USS Lewis” və “USS Sulivans” hərbi gəmilərinə 150 yarddan az məsafədə yaxınlaşaraq, gəmilərin hərəkət istiqamətinə xələl gətirməyə çalışıblar.

CENTCOM əlavə edib ki, təhlükəsi olmayan xəbərdarlıq əlamətləri ilə qayıqların uzaqlaşması tələb edilib.

Sepah bu barədə hələ məlumat verməyib.


Story Code: 1028954

News Link :
https://www.islamtimes.org/az/news/1028954/fars-körfəzində-abş-və-iran-gəmiləri-arasında-gərgin-anlar-yaşanıb

Islam Times
  https://www.islamtimes.org