QR CodeQR Code

Global Times: Avropa dünyadakı rolunun zəifləməsindən narahatdır

7 Dec 2022 11:35

İslamTimes: Həll edilməmiş köhnə böhranlar və yeni böhranların yaranması səbəbindən Avropada narahatlıq hissi bir qədər də artıb


SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Global Times” yazıb. 

Məqalədə deyilir ki, həll edilməmiş köhnə böhranlar və yeni böhranların yaranması səbəbindən Avropada narahatlıq hissi bir qədər də artıb. Bunun fonunda çoxqütblü dünyaya keçid perspektivi ilə Şərqin yüksəlişi, Qərbin isə tənəzzülü baş verir. 

"Avropanın yaxşı günləri çoxdan geridə qalıb. Avropa tənəzzül, ABŞ isə nisbi tənəzzül içərisindədir. Çinin yüksəlişi olmasaydı, Qərb bir çox çətinliklər qarşısında belə hegemonluğunu qoruyub saxlaya bilərdi. Lakin Çinin yüksəlişi Qərbin hökmranlıq dövrünü başa çatdırdı və çoxqütblü dünyaya gətirib çıxardı", deyə analitik Sun Luçjen bildirib. 


Story Code: 1028982

News Link :
https://www.islamtimes.org/az/news/1028982/global-times-avropa-dünyadakı-rolunun-zəifləməsindən-narahatdır

Islam Times
  https://www.islamtimes.org