0
Wednesday 7 December 2022 - 10:53

ABŞ İsrail tərəfindən öldürülmüş jurnalistin işini Cinayətlər Məhkəməsinə verilməsinə qarşı çıxıb

Story Code : 1028985
ABŞ İsrail tərəfindən öldürülmüş jurnalistin işini Cinayətlər Məhkəməsinə verilməsinə qarşı çıxıb
SalamNews xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays mətbuat konfransında açıqlama verib.

Əlcəzirə telekanalının vasitəçiliyi ilə fələstinli jurnalist Şirin Əbu-Aqilənin işinin Beynəlxalq Cinayət Məhkəməsində qaldırılması məsələsinə münasibət bildirən Prays ölkəsinin bu işin əleyhinə olduğunu bildirib.

“Beynəlxalq Cinayət Məhkəməsi öz əsas ekspertizasına diqqət yetirməli və ağır cinayətlərin təqibi və onlara qarşı məsuliyyətə cəlb etmə üçün son yol olmalıdır”, deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ hökuməti bundan öncə beynəlxalq instansiyalarda İsrailin lehinə veto haqqından dəfələrlə istifadə edib. Ötən aprel ayında İsrail qüvvələrinin Cenin şəhərinə basqını zamanı başından güllə yarası alaraq həlak olan Əlcəzirənin müxbiri Şirin Əbu-Aqilənin işi ilə bağlı müstəqil beynəlxalq qurumların apardığı araşdırmalar, cinayətin birbaşa İsrail qüvvələri tərəfindən həyata keçirildiyini bildirirlər.