QR CodeQR Code

Rusiya Ukrayna ilə danışmağa hazırdır - Lavrov

7 Dec 2022 18:48

İslamTimes: Ukraynada münaqişənin necə dayandırılması ilə bağlı ciddi təklif olarsa, Rusiya danışmağa hazırdır.


Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” beynəlxalq forumunda çıxışı zamanı deyib.

Eyni zamanda o vurğulayıb ki, belə bir təklifdə Rusiyanın maraqları nəzərə alınmalıdır.

“Əgər indi tamamilə qanuni tələblərimizi yerinə yetirməklə bu münaqişəni necə dayandırmaq barədə ciddi təklif olsa, əlbəttə ki, biz danışmağa hazır olacağıq”, - Lavrov bildirib.
 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl deyib ki, Rusiya ilkin şərt olmadan Ukrayna ilə bağlı dialoqa açıqdır. O qeyd edib ki, Rusiya əvvəllər buna hazır olub, lakin “Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən dialoqu kəsib”.


Story Code: 1029028

News Link :
https://www.islamtimes.org/az/news/1029028/rusiya-ukrayna-ilə-danışmağa-hazırdır-lavrov

Islam Times
  https://www.islamtimes.org