0
Wednesday 7 December 2022 - 18:48

Rusiya Ukrayna ilə danışmağa hazırdır - Lavrov

Story Code : 1029028
Rusiya Ukrayna ilə danışmağa hazırdır - Lavrov
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” beynəlxalq forumunda çıxışı zamanı deyib.

Eyni zamanda o vurğulayıb ki, belə bir təklifdə Rusiyanın maraqları nəzərə alınmalıdır.

“Əgər indi tamamilə qanuni tələblərimizi yerinə yetirməklə bu münaqişəni necə dayandırmaq barədə ciddi təklif olsa, əlbəttə ki, biz danışmağa hazır olacağıq”, - Lavrov bildirib.
 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov daha əvvəl deyib ki, Rusiya ilkin şərt olmadan Ukrayna ilə bağlı dialoqa açıqdır. O qeyd edib ki, Rusiya əvvəllər buna hazır olub, lakin “Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən dialoqu kəsib”.