0
Wednesday 7 December 2022 - 18:58

ABŞ: Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik

Story Code : 1029030
ABŞ: Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi gündəlik mətbuat konfransında Ukrayna ordusunun Rusiyanın qərbindəki aviabazaya etdiyi hücum ilə bağlı sualı cavablandırıb.

Ned Prays  bildirib ki, ABŞ və dünya Ukraynanı yalnız öz ərazisini ilə suverenliyini qoruması və Rusiyaya qarşı özünü müdafiə etməsi üçün silah dəstəyi verdiyini bildirib.

“Biz silahları öz torpaqlarını müdafiə etməsi üçün verdiyimizi açıq şəkildə bildirdik. Prezident də bunu daha əvvəl açıqlayıb. Biz Ukraynanın hüdudlarından kənarda hücumlar həyata keçirməsini dəstəkləmirik'',-deyə Ned Prays vurğulayıb.
Ukraynanın son vaxtlar Rusiyanın qərbindəki üç hava bazasını pilotsuz uçuş aparatları ilə hədəf aldığı bildirilmişdi.