QR CodeQR Code

İsrail qüvvələri Nablusda Köhnəşəhər ərazisini mühasirəyə alıb

7 Dec 2022 18:03

İslamTimes: İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablusda Köhnşəhərin ərazisini mühasirəyə alıb.


İslamazeri.com xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Nablusa basqın edən İsrail qüvvələri şəhərdəki qədim şəhər ərazisini mühasirəyə alaraq, giriş-çıxışları bağlayıb.

Bölgədə fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma olduğu və silah səslərinin eşidildiyi bildirilib.

Özünü Fələstində "Aslanların yuvası" adlandıran və qədim şəhər ərazisində ortaya çıxan qrup dünən (6 dekabr) İsrailin hər hansı hücumuna qarşı hazır olduqlarını açıqlayıb.

İsrail son zamanlar işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reydlərini və həbs əməliyyatlarını artırıb.

İsrail əsgərləri rezin güllələrlə yanaşı, basqınlara reaksiya verən fələstinlilərə tez-tez həqiqi güllələrlə müdaxilə edir. Bu səbəbdən İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinli qruplarla İsrail əsgərləri arasında toqquşmalar baş verir.


Story Code: 1029031

News Link :
https://www.islamtimes.org/az/news/1029031/israil-qüvvələri-nablusda-köhnəşəhər-ərazisini-mühasirəyə-alıb

Islam Times
  https://www.islamtimes.org