QR CodeQR Code

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına beş milyard dollar depozit qoyacağını açıqlayıb

8 Dec 2022 14:14

İslamTimes: Səudiyyə Ərəbistanı Krallığı bir neçə gün ərzində Türkiyə Mərkəzi Bankına beş milyard dollar depozit qoyacağını açıqlayıb.


SalamNews əl-İxbariyyə telekanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cadaan bu barədə açıqlama verib.

"Bu, tezliklə baş verəcək və qərar Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında verilib. Müzakirələr indi qalan detallar ətrafında gedir”, deyə səudiyyəli nazir bildirib.

Əl-Cədaan “ər-Riyadın Ankara ilə əlaqələrində əhəmiyyətli irəliləyiş olduğunu” vurğulayaraq, “Krallığın Türkiyə və digər ölkələrdə investisiya imkanlarını səbirsizliklə gözlədiyini” qeyd edib.

Həmçinin Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin digər rəsmisi “Financial-Times”a bildirib ki, Ər-Riyad və Ankara əlavə təfərrüatlar təqdim etmədən mümkün depozitlə bağlı danışıqlar aparır. Türkiyə Maliyyə Nazirliyinin mənbələri iki tərəfin depozit məsələsini müzakirə etdiyi, danışıqların bitmədiyini, lakin son mərhələdə olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, “The Goldman Sachs Group”un məlumatına görə, Türkiyə mart və sentyabr ayları arasında lirənin dəstəklənməsi üçün ən azı 17,9 milyard dollar xərcləyib. Lakin bu cəhdlər də kəskin inflyasiyanın qarşısını ala bilməyib.


Story Code: 1029140

News Link :
https://www.islamtimes.org/az/news/1029140/səudiyyə-ərəbistanı-türkiyə-mərkəzi-bankına-beş-milyard-dollar-depozit-qoyacağını-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org