0
Thursday 8 December 2022 - 13:16

Newsweek: Ukrayna münaqişəsində dönüş nöqtəsi başlayır

Story Code : 1029142
Newsweek: Ukrayna münaqişəsində dönüş nöqtəsi başlayır
Bu fikirlərlə "Newsweek" jurnalının köşə yazarları Devid Randell və Maykl Qfeller çıxış ediblər.

"Rusiya ordusu ən qabaqcıl rus silahları ilə təchiz olunub və Qərbin məlumatlarından fərqli olaraq, heç də ruhdan düşməyib. Ukrayna isə öz növbəsində arsenalını tükədib və tamamilə Qərbin hərbi dəstəyindən asılıdır", deyə müəlliflər qeyd edib.

Devid Randell və Maykl Qfeller həmçinin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millinin keçən həftə söylədiyi sözlərə də işarə ediblər.

SalamNews-un "TASS"a istinadən verdiyi xəbərə görə, Mark Milli bildirmişdi ki, Ukrayna əlindən gələn hər şeyi etdi.

Randell və Qfeller həmçinin qeyd edirlər ki, “Ukrayna mərmiləri Donbasda minlərlə dinc sakini öldürüb”.

Müəlliflər qeyd edirlər ki, ABŞ üçün “ən yaxşı mənəvi kurs" ukraynalıların əzab çəkməsini davam etdirmək yox, Kiyevi sülh danışıqlarına inandırmaqdır.