0
Saturday 10 December 2022 - 10:28

İranda hökumətə yaxın tanınmış sünni din alimi terrora məruz qalıb

Story Code : 1029424
İranda hökumətə yaxın tanınmış sünni din alimi terrora məruz qalıb
SalamNews Tasnim İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Sistan-Bəluçistan əyalətinin təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, Xaş rayonunun İmam Hüseyn (ə) məscidinin imam-cüməsi, tanınmış din alimi Mövləvi Əbdülvahid Rigi ötən gün naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Sistan-Bəluçistan Prokurorluğundan verilən ilkin məlumata görə, naməlum şəxslər ötən gün onu məscidin arxa qapısından çıxararaq, naməlum istiqamətə aparıblar.

Onun cəsədi, 110 təcili polis çağırışana daxil olan zəng və məlumatlar əsasında Xaş-Zahidan yolunda tapılıb.

Sistan-Bəluçistan əyalətində tanınmış din aliminin terrora məruz qalması ilə bağlı xüsusi komissiya tərəfindən cinayət axtarış işi başlayıb.

Qeyd edək ki, Mövləvi Əbdüvahid Rigi İran hökuməti ilə yaxşı münasibətlərə malik bir din xadimi kimi tanınırdı.