0
Sunday 2 October 2011 - 00:28

Məkkədə İsrail məhsulları

Story Code : 102969
Məkkədə İsrail məhsulları
Məkkədə İsrail məhsulları
Islam times.org/az/ - Əl-İntiqadın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Ticarət və Sənaye Nazirliyinin verdiyi məlumatda sionist məhsulların Ərəb və xarici firmalar tərəfindən müqəddəs torpaqlara daxil olduğunu etiraf edib.

İslam dünyasının ən müqəddəs məkanları olan Kəbənin yerləşdiyi Məkkə və Rəsulullah (s) ın mübarək türbəsinin olduğu Mədinəni qorumaq boynunun haqq borcu olan və buna görə də özünü "Hərəmeyni Şərifeynin Xidmətçisi" kimi dünyaya təqdim edən Səud ailəsinin bu inanılmaz xəyanətinin İslam dünyasında böyük reaksiya ilə qarşılanması gözlənilir.

Qəzza hadisələrinin yaşandığı günlərdə Səudiyyə Ərəbistanıdakı şiə və sünni müsəlmanlar cinayətkar İsrailə etiraz etmək üçün küçələrə tökülmüş, Səudiyyə kralı və Vahhabi müftiləri, bunun haram olduğunu idia edərək nümayişçiləri həbs etdirmişdi.

Məlumatda, Ərəb firmaların sionist firmalarla əməkdaşlıq edərək xüsusilə əkinçilik sektorunda İsrail məhsullarını Səudiyyə Ərəbistanına ixrac etdiyi qeyd olunur.

Lakin bu nazirlik mövzunu əhəmiyyətsizmiş kimi göstərərək yalnız sionist firmalarla əməkdaşlıq edərək bu məhsulları Səudiyyə Ərəbistanı bazarına idxal edən xarici firmalara xəbərdar etməklə kifayətləndi.
Translator :
Source : islamtimes
Comment