0
Monday 19 December 2022 - 09:54

Kərkükdə İŞİD-in hücumü nəticəsində həlak olan polislərin sayı 10-a çatıb

Story Code : 1030862
Kərkükdə İŞİD-in hücumü nəticəsində həlak olan polislərin sayı 10-a çatıb
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kərkükdə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, Kərkükün mərkəzindən 65 km uzaqda yerləşən Şəllal-Mətər kəndi ərazisində həyata keçirilən hücum şənbə günündən bazara keçən gecə reallaşdırılıb.

Əvvəl Federal polis qüvələrinin yolunda quraşdırılmış bomba partladılıb, daha sonra isə silahlı hücum həyata keçirilib.

Məlumata görə, biri mayor rütbəli olmaqla 10 polis işçisi həlak olub.

İŞİD bu hücumu üzərinə götürüb.