QR CodeQR Code

İranın mədəniyyət və irşad naziri Azərbaycana gəlib

3 Oct 2011 14:29

IslamTimes - “Mədəniyyət sahəsində əlaqələr İran və Azərbaycanın dostluq münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayır”


İran İslam Respublikasının mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni bu gün Azərbaycana rəsmi səfərə gəlib. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir aeroportda jurnalistlərə açıqlamasında ötən il İranda Azərbaycan mədəniyyət həftəsinin keçirildiyini xatırladaraq, qeyd edib ki, o vaxt qarşılıqlı olaraq Azərbaycanda da İran mədəniyyət həftəsinin keçirilməsi qərara alınıb.

M. Hüseyni əlavə edib ki, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin təklif etdiyi proqrama əsasən, İran mədəniyyət həftəsi Bakı və Gəncə şəhərlərində iranlı sənət ustalarının iştirakı ilə, eləcə də, kitab sərgisinin keçirilməsi ilə müşayiət olunacaq.

Nazir bildirib ki, İran mədəniyyət həftəsi Bakı və Gəncədə geniş surətdə keçirilir. Gəncədə keçirilməsi nəzərdə tutulmuş Nizami Gəncəvini anma mərasimi də İran mədəniyyət həftəsi proqramlarına daxildir.

M. Hüseyni mədəniyyət sahəsində əlaqələr İran və Azərbaycanın dostluq münasibətlərinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.


Story Code: 103366

News Link :
https://www.islamtimes.org/az/news/103366/iranın-mədəniyyət-və-irşad-naziri-azərbaycana-gəlib

Islam Times
  https://www.islamtimes.org