0
Tuesday 4 October 2011 - 06:28

“İran hər zaman Azərbaycanın yanındadır”

Story Code : 103537
“İran hər zaman Azərbaycanın yanındadır”
“İran hər zaman Azərbaycanın yanındadır”
QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Fələstin xalq hərakatının müdafiə olunması” mövzusunda və beynəlxalq konfrans çərçivəsində dini liderlərin keçirilən görüşündə Azərbaycan xalqının salam dualarını Ayətullah əl üzma xameneyiyə çatdıran Şeyxülislam Fələstin xalqının haqq mübarizəsinə hər zaman dəstək olduğunu deyib, xalqımızın haqq işi – Qarabağ probleminin həllində də müsəlman həmrəyliyinin vacibliyini bildirib.

Azərbaycan xalqına və onun rəhbərliyinə salamlarını yetirməyi Şeyxülislamdan xahiş edən İranın Ali dini lideri öz növbəsində Qarabağ probleminin həllində, ədalətin bərpasında İranın hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.

Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə Azərbaycanla İran arasında mənəvi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, xalqlarımız və dövlətlərimizin mənafeyi naminə əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətindən söhbət açılıb.
Source : HaqqYolu
Comment