QR CodeQR Code

Yəməndə münaqişə tərəfləri iki mindən çox əsir və məhbusu mübadilə edəcəklər

18 Jan 2023 11:39

İslamTimes: Yəməndə əsir və məhbusların ən böyük mübadiləsi gözlənilir.


SalamNews xəbər verir ki, bunu Yəmənin “Ənsarullah” hərəkatının dəstəklədiyi hökumətin nəzdində “Əsirlərin işi üzrə komitə”nin sədri Əbdülqadir əl-Murtəza tvitter səhifəsinəd yazıb.

O bildirib ki, BMT-nin Yəmən üzrə nümayəndələri ilə aparılan danışıqlardan sonra yaxın həftələrdə əsirlərin və məhbusların mübadiləsinin baş tutacağı gözlənilir.

“Əsirlərin işi üzrə komitə”nin sədri bildirib ki, bu mübadilə 2,223 əsir və məhbusa şamil olacaq ki, 2014-cü ildən bəri ən böyük rəqəm hesab edilir.

Onların arasında Səudiyyə Ərəbistanın zabit və əsgərləri də var.


Story Code: 1036208

News Link :
https://www.islamtimes.org/az/news/1036208/yəməndə-münaqişə-tərəfləri-iki-mindən-çox-əsir-və-məhbusu-mübadilə-edəcəklər

Islam Times
  https://www.islamtimes.org