QR CodeQR Code

Türkiyə Gənclər Birliyi Ankaranın NATO-dan çıxmasını tələb edib

إسلام تايمز , 24 Jan 2023 16:43

İslamTimes: Türkiyənin bir sıra fəal və gəncləri etiraz aksiyası keçirərək, bu ölkənin NATO hərbi təşkilatından çıxmasını tələb ediblər.


Bu barədə “Ulusal Kanal” telekanalı şəkillərini dərc edərək məlumat yayıb. Türkiyə Gənclər Birliyi Ankarada mitinq keçirərək Türkiyənin NATO hərbi təşkilatından çıxmasını tələb edib.

Ukraynada müharibənin davam etməsi və onun NATO üzvlərinə baha başa gəlməsi ilə son həftələr Amerika və Avropa küçələrində NATO və müharibə əleyhinə şüarlar səslənir.

Ötən həftə yüzlərlə amerikalı NATO və ABŞ hökumətinin Ukraynaya hərbi və maliyyə dəstəyinə etiraz etmək üçün toplaşıb.

Etirazçılar Bayden hökumətinin Ukraynadakı müharibəyə maliyyə dəstəyinin dərhal dayandırılmasını və bu böyük məbləğdə pulların Amerikanın özündə təhsil və mənzil kimi sosial xidmətlərə ayrılmasını tələb ediblər.

Amerika mətbuatının yazdığına görə, bu ölkənin hökuməti Ukraynada müharibə başlayandan bəri Ukraynaya 100 milyard dollara yaxın maliyyə və hərbi yardım edib.


Story Code: 1037405

News Link :
https://www.islamtimes.org/az/news/1037405/türkiyə-gənclər-birliyi-ankaranın-nato-dan-çıxmasını-tələb-edib

Islam Times
  https://www.islamtimes.org