0
Tuesday 24 January 2023 - 19:30

Dollar Latın Amerikasından çıxarılacaqmı?

Story Code : 1037437
Dollar Latın Amerikasından çıxarılacaqmı?
ABŞ-ın Latın ölkələrinin daxili işlərinə müdaxiləsinin davam etdiyi bir şəraitdə üç ölkə Braziliya, Argentina və Venesuelanın liderləri ortaq valyutanın yaradılması zərurətindən danışıblar.

Telesur xəbər verir ki, Nikolas Maduro bazar ertəsi Braziliya prezidenti Lula da Silva və argentinalı həmkarı Alberto Fernandezin Latın Amerikası üçün ortaq valyuta yaratmaq təklifini dəstəklədiyini rəsmən açıqlayıb.

Bu xəbərə görə, Maduro deyib: “Bu gün prezident Lula da Silva və prezident Alberto Fernandes Cənubi Amerika üçün ortaq valyuta yaratmaq üçün addımlar atacaqlarını açıqladılar. Mən bəyan edirəm ki, Venesuela hazırdır və biz Latın Amerikası və Karib hövzəsi valyutasının yaradılması təşəbbüsünü dəstəkləyirik."
Comment