QR CodeQR Code

Türk siyasətçi: Türkiyə bir neçə ay sonra NATO-dan çıxacaq

إسلام تايمز , 25 Jan 2023 16:40

İslamTimes: Türkiyə prezidentinə yaxın siyasətçi deyir ki, bu ölkə yaxın bir neçə ay ərzində Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxacaq!


RussiaToday-ın verdiyi mlumata görə, bu ölkənin yerli mediasının ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın adamlarından biri kimi olan türk siyasətçisi İtam Sancak Ankaranın yaxın bir neçə ay ərzində NATO-dan çıxacağını bildirib.

Sancak bu açıqlamaları Türkiyənin “Vətən” kimi tanınan Partiyasının NATO əleyhinə başlatdığı kampaniyaya cavab olaraq verib. O, bu partiyada xarici əlaqələr üzrə vitse-prezident vəzifəsindədir.

Sancak xatırladıb ki, NATO-ya üzv olmaq Türkiyəni bu alyansın digər üzvü və Ankaranın əzəli rəqibi Yunanıstanla müharibə astanasına gətirib və bundan əlavə, “Yaxın Şərqdə burulğan”a girmək riskini artırıb.


 


Story Code: 1037632

News Link :
https://www.islamtimes.org/az/news/1037632/türk-siyasətçi-türkiyə-bir-neçə-ay-sonra-nato-dan-çıxacaq

Islam Times
  https://www.islamtimes.org