QR CodeQR Code

Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması üçün şərtlər açıqlanıb

26 Jan 2023 00:21

İslamTimes: Rusiya idmançılarının beynəlxalq yarışlara buraxılması üçün şərtlər açıqlanıb


Beynəlxalq Olimpiya Komitəsi (IOC) rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılması üçün şərtləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, IOC Rusiya təmsilçilərinə neytral statusda mübarizə aparmağı təklif edib.

Bildirilib ki, bu, Olimpiya Xartiyasına əməl edən, yəni, Ukraynaya hərbi müdaxiləni dəstəkləməyən, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əməl edən ruslara aiddir. Həmçinin, bütün idmançılar fərdi yoxlamalardan keçməli olacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin yaydığı press-relizdə heç bir ayrı-seçkilik tətbiq etmədən bütün idmançıların hüquqlarına hörmət edilməsinin zəruriliyi vurğulanıb.


Story Code: 1037702

News Link :
https://www.islamtimes.org/az/news/1037702/rusiya-idmançılarının-beynəlxalq-yarışlara-buraxılması-üçün-şərtlər-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org