0
Thursday 26 January 2023 - 12:51

Nigeriyanın mərkəzində partlayış nəticəsində 27 nəfər həlak olub

Story Code : 1037811
Nigeriyanın mərkəzində partlayış nəticəsində 27 nəfər həlak olub
SalamNews FransPress-ə istinadən xəbər verir ki, hadisə Nasarava əyalətinin Rokubi adlı kəndi ərazisində çobanlar və heyvanlarının olduğu ərazidə baş verib.

Yerli mənbələrin məlumatına görə, partlayışın bombadan və ya hər hansı bir partlayıcı maddədən baş verməsi dəqiq müəyyənləşdirilməyib.

Xatırladaq ki, ötən dekabr ayında Boko-Haram Borno əyalətində 17 çobanı qətlə yetirmişdilər. Borno və Nasarava əyalətləri Nigeriyada irqi və dini zəmində qarşıdurmaların şahidi olan bölgələrdəndir.