0
Saturday 28 January 2023 - 13:51

Almaniya Türkiyədə mümkün terror aktları ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib

Story Code : 1038199
Almaniya Türkiyədə mümkün terror aktları ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib
"Təhlükəsizlik xidmətinin nümayəndələrinin sözlərinə görə, Ankaranın İsveçdəki səfirliyində Quranın yandırılması ilə bağlı insidentdən sonra Türkiyədə terror aktları təhlükəsi artır. Bununla əlaqədar, Türkiyədə olan Almaniya vətəndaşlarına ictimai yerləri ziyarət edərkən maksimum diqqətli və sayıq olmaq, insanların çox toplaşdığı, həmçinin ibadət mərasimlərinin keçirildiyi yerlərdən uzaq durmaq tövsiyə olunur", deyə Almaniya səfirliyinin "Twitter" hesabında deyilir.  

Oxşar xəbərdarlıqlar cümə günü ABŞ və Fransa səfirlikləri tərəfindən də edilib.

SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı aksiyadan sonra Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib.