QR CodeQR Code

İbrahim Kalın: “Avropada Qurana qarşı addımların səbəbi İslama nifrətdir”

28 Jan 2023 22:14

İslamTimes: Avropa ölkələri Quranı təhqir edən yeni aksiyaların qarşısını almaq üçün tədbirlər görməlidirlər və öz hərəkətsizliyinə haqq qazandırmaq üçün söz azadlığının arxasında gizlənməməlidirlər.


SalamNews xəbər verir ki, bu sözləri şənbə günü Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın "24 TV" telekanalının efirində deyib.

"Söz azadlığından bu rüsvayçılığa haqq qazandırmaq, o cümlədən müqəddəs dəyərləri təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir. Avropa bu cür hücumların qarşısını almaq üçün tədbirlər görməlidir", deyə Kalın qeyd edib.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Danimarkanın öz ərazilərində həyata keçirilən “irqçi və alçaq” hərəkətlər məsələsində tutduqları mövqeni ikili standartlar siyasəti adlandırıb.

Oxşar fikirlə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Bəkir Bozdağ da çıxış edib.

“Avropada Qurana qarşı addımların səbəbi İslama nifrətdir” deyə Bozdağ vurğulayıb.


Story Code: 1038291

News Link :
https://www.islamtimes.org/az/news/1038291/ibrahim-kalın-avropada-qurana-qarşı-addımların-səbəbi-islama-nifrətdir

Islam Times
  https://www.islamtimes.org