QR CodeQR Code

Braziliya və Argentina Ukraynaya silah tədarükü planlaşdırılmır

29 Jan 2023 07:40

İslamTimes: Argentina və Latın Amerikası ölkələri Ukraynaya silah tədarük etməyi planlaşdırmır.


APA “interfax”a istinadla xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes bildirib.

Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra keçirilən mətbuat konfransında o deyib ki, Argentina və Latın Amerikası ölkələri Ukraynaya və ya başqa münaqişə zonalarına silah göndərməyi planlaşdırmır.

Xatırladaq ki, bu həftənin əvvəlində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Ukraynaya tanklar verilməsi ilə bağlı Berlinin xahişini rədd etmişdi.


Story Code: 1038357

News Link :
https://www.islamtimes.org/az/news/1038357/braziliya-və-argentina-ukraynaya-silah-tədarükü-planlaşdırılmır

Islam Times
  https://www.islamtimes.org