QR CodeQR Code

İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib

29 Jan 2023 01:13

İslamTimes: Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.


SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu şiddətlə qınadığını bildirib, bu hadisənin hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.


Story Code: 1038359

News Link :
https://www.islamtimes.org/az/news/1038359/ibrahim-rəisi-prezident-ilham-əliyevə-zəng-edib

Islam Times
  https://www.islamtimes.org