0
Monday 30 January 2023 - 16:30

Jozep Borrell: Sepah-ın “terror siyahısı”na salınması işləri daha da çətinləşdirir

Story Code : 1038606
Jozep Borrell: Sepah-ın “terror siyahısı”na salınması işləri daha da çətinləşdirir
SalamNews “Financial Times”a istinadən xəbər verir ki, Aİ-nin xarici siyasət üzə Ali rəsmisi Josep Borrell bəzi Avropa ölkələrinin (illərlə İŞİD terrorçuları ilə mübarizə aparmış) Sepah-ın adını Avropa Birliyinin terrorçular siyahısına salmaq səyləri ilə bağlı xəbərdarlıq edib və belə bir addımın Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) ətrafında vəziyyəti və danışıqları daha çətinləşdirəcəyini deyib.

Borrell bir çox Avropa dövlətlərinin bunu istədiyini bildirib.

O, Ukrayna müharibəsi zamanı İranın Rusiyaya hərbi yardımı ilə bağlı və həmçinin İranda etirazçıların həbsi və onlara təzyiqlərin göstərilməsi iddiasına toxunaraq deyib ki, bu iki məsələ Avropa Birliyinin İrana münasibətinə təsir göstərir. Bununla yanaşı Borrel qeyd edib ki, Avropa Birliyinin İnqilab Keşikçilərinə qarşı sözügedən addımı nüvə sazişi ilə bağlı danışıqların perspektivlərini məhv edəcək.

“Hərtərəfli Fəaliyyə Planı ölməyib, lakin tamamilə dayanıb”, deyə o əlavə edib.