0
Monday 30 January 2023 - 17:05

ABŞ İstanbulda terror aktları ilə bağlı xəbərdarlıq edib

Story Code : 1038608
ABŞ İstanbulda terror aktları ilə bağlı xəbərdarlıq edib
SalamNews xəbər verir ki, bu bürədə “RİA Novosti” məlumat yayıb.

“ABŞ səfirliyi vətəndaşlara mümkün terror hücumları barədə xəbərdarlıq edir.  Hədəflər İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər məkanlar, xüsusilə İstanbulun Beyoğlu, Qalata əraziləri, eləcə  də Taksim meydanı və İstiqlal küçəsi ola bilər.

Qeyd olunur ki, terror aktları ifrat sağçıların Avropada Quran nüsxələrinin yandırılması fonunda baş verə bilər.

Eyni zamanda səfirlik əlavə edib ki, bu məsələ  Türkiyə hakimiyyətinin diqqətindədir.

Yanvarın 21-də ifrat sağçı “Hard Deal” partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı yandırıb.  Paludan aksiyanı keçirmək üçün öncədən hakimiyyətdən icazə alıb.

Yanvarın 22-də Türkiyədə etirazçılar Stokholmda Quranla təxribata cavab olaraq ölkənin İstanbuldakı Baş Konsulluğu qarşısında İsveç bayrağını yandırıblar.

Daha sonra Paludan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı İsveç NATO-ya üzv olana qədər yeni addımlarla hədələyib.