QR CodeQR Code

“Putin onu ölümlə hədələməyib” - Peskov

30 Jan 2023 17:53

İslamTimes: Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun fevral ayında Rusiya Prezidenti Vladimir Putinin telefon danışığında onu ölümlə hədələməsi ilə bağlı iddiası yalandır.


Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır”, - Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, bu, Consonun qəsdən ortaya atdığı yalan ola bilər.

Prezidentin mətbuat katibi həmin telefon danışığının məzmunundan xəbərdar olduğunu vurğulayıb:

“Bir daha rəsmi şəkildə təkrar edirəm: bu yalandır, raketlərlə təhdid olmayıb. Rusiya təhlükəsizliyinə çağırışlardan danışan Prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin sərhədlərimizdə potensial yerləşdirilməsi istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatması deməkdir”.

Conson bundan əvvəl Putinin onu məlum telefon danışığında ölümlə hədələdiyini iddia edib.

“Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək”, - sabiq baş nazir Rusiya liderinin ona belə dediyini iddia edib.


Story Code: 1038623

News Link :
https://www.islamtimes.org/az/news/1038623/putin-onu-ölümlə-hədələməyib-peskov

Islam Times
  https://www.islamtimes.org