0
Tuesday 31 January 2023 - 11:27

BMT İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib

Story Code : 1038765
BMT İranda hərbi obyektə PUA-larla hücuma münasibət bildirib
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik deyib.

O, İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin müdafiə sənayesi kompleksinə uğursuz hücumu şərh edərək, tərəfləri təmkinli olmağa, sərt addımlar atmamağa, habelə ölkələri bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

"Biz cümə günü İran İslam Respublikasında baş verənləri, o cümlədən İsfahandakı hərbi kompleksə hücumu narahatlıqla izləyirik", deyə BMT-nin sözçüsü Stefan Dujarrik deyib.

Qeyd edək ki, İsfahanda hərbi obyektə qarşı sözügedən hücum partlayıcı daşıyan üç kvadrakorterlə həyata keçirilib. Onlardan ikisi vurulub və biri hərbi obyektin üzərində partlayaraq onun üst örtüyünə cüzi xəsarət yetirib. Qərb mənbələri hücumun işğalçı İsrail rejimi tərəfindən həyata keçirildiyini iddia ediblər.