QR CodeQR Code

NATO baş katibi Rusiyanın Ukraynada qələbəsi ehtimalından danışdı

31 Jan 2023 12:01

İslamTimes: NATO baş katibi: Rusiyanın Ukraynada qələbəsi avtoritar liderlərə “təhlükəli mesaj” olacaq


Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatdakı uğur bütün dünyada avtoritar liderlər üçün “təhlükəli mesaj” ola bilər.  

SalamNews "TASS"a istinadla xəbər verir ki, bu sözləri çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Yaponiya özünümüdafiə qüvvələrinin İruma hərbi bazasına səfəri zamanı deyib.

"Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün faciə, eyni zamanda, dünyadakı avtoritar liderlər üçün çox təhlükəli mesaj olacaq. Mesaj ondan ibarətdir ki, onlar hərbi güc tətbiq etsələr, məqsədlərinə çata bilərlər", deyə Stoltenberq qeyd edib.

Stoltenberq Yaponiyada rəsmi səfərdədir. Gün ərzində o, Yaponiyanın baş naziri Fumio Kisida ilə görüşəcək. NATO-nun baş katibi ötən həftə sonu Cənubi Koreyaya da səfər edib və orada ölkə rəhbərliyi ilə bir sıra ikitərəfli görüşlər keçirib.


Story Code: 1038771

News Link :
https://www.islamtimes.org/az/news/1038771/nato-baş-katibi-rusiyanın-ukraynada-qələbəsi-ehtimalından-danışdı

Islam Times
  https://www.islamtimes.org