QR CodeQR Code

Rusiya və Çin Suriya əleyhinə qətnaməyə veto qoydu

5 Oct 2011 10:28

IslamTimes - BMT-nin 5 daimi üzvündən olan Rusiya və Çin Suriya əleyhinə qətnaməyə veto qoyub


"IslamTimes" "Novosti" xəbər agentliyinə istinadən bildirir ki, ötən gün Rusiya və Çin BMT-dəki veto hüququndan istifadə edərək, Suriya əleyhinə qətnamənin qüvvəyə minməsinə mane olublar.

Ötən gün müzakirəyə çıxarılmış Suriya mövzusu 15 ölkə arasında səsverməyə qoyulub. Bu 15 ölkədən 9-u qətnaməni dəstəkləyib, 4-ü isə qətnaməyə qarşı çıxıb. BMT-nin 5 daimi üzvündən olan Rusiya və Çin də bu 4 ölkə arasında olub. 

Qətnamədə Suriya dövlətinə qarşı ciddi sanksiyalar tətbiq olunması istənilmişdi. Suriya dövləti isə ölkə daxilində baş vermiş hadisələrin xaricdən idarə olunması barədə dəfələrlə sübutlar ortaya qoyub. Rusiya dövləti də öncədən hər hansı qətnaməyə qarşı olacağını bildirmişdi.


Story Code: 103878

News Link :
https://www.islamtimes.org/az/news/103878/rusiya-və-çin-suriya-əleyhinə-qətnaməyə-veto-qoydu

Islam Times
  https://www.islamtimes.org