0
Wednesday 5 October 2011 - 10:28

Rusiya və Çin Suriya əleyhinə qətnaməyə veto qoydu

Story Code : 103878
Rusiya və Çin Suriya əleyhinə qətnaməyə veto qoydu
Rusiya və Çin Suriya əleyhinə qətnaməyə veto qoydu
"IslamTimes" "Novosti" xəbər agentliyinə istinadən bildirir ki, ötən gün Rusiya və Çin BMT-dəki veto hüququndan istifadə edərək, Suriya əleyhinə qətnamənin qüvvəyə minməsinə mane olublar.

Ötən gün müzakirəyə çıxarılmış Suriya mövzusu 15 ölkə arasında səsverməyə qoyulub. Bu 15 ölkədən 9-u qətnaməni dəstəkləyib, 4-ü isə qətnaməyə qarşı çıxıb. BMT-nin 5 daimi üzvündən olan Rusiya və Çin də bu 4 ölkə arasında olub. 

Qətnamədə Suriya dövlətinə qarşı ciddi sanksiyalar tətbiq olunması istənilmişdi. Suriya dövləti isə ölkə daxilində baş vermiş hadisələrin xaricdən idarə olunması barədə dəfələrlə sübutlar ortaya qoyub. Rusiya dövləti də öncədən hər hansı qətnaməyə qarşı olacağını bildirmişdi.
Comment