QR CodeQR Code

Stoltenberq: Putinin Ukraynada qələbəsi faciə olacaq

إسلام تايمز , 1 Feb 2023 02:30

İslamTimes: NATO-nun baş katibi Yaponiyadakı çıxışında NATO ilə Tokio arasında əlaqələrin gücləndirilməsinə çağırıb.


Anadolu Xəbər Agentliyinin verdiyi xəbərə görə, Şərqi Asiya səfəri çərçivəsində Tokioya gedən NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ilə Ukrayna arasındakı münaqişənin yaratdığı qlobal təhlükələrə işarə edərək, NATO ilə Yaponiya arasında əlaqələrin gücləndirilməsinə çağırıb.

NATO-nun baş katibi Tokionun şimalındakı İroma hərbi bazasına səfəri zamanı Ukraynadakı müharibənin hamı üçün vacib olduğunu vurğulayıb.

O əgər Putin Ukraynada qalib gəlsə, bu, faciə olacaq deyib və əlavə edib: "Bu, bütün dünya avtoritar liderləri üçün çox təhlükəli mesajdır.
Hərbi güc tətbiq olunarsa, məqsədə nail ola biləcəyini düşünsünlər.


Story Code: 1038900

News Link :
https://www.islamtimes.org/az/news/1038900/stoltenberq-putinin-ukraynada-qələbəsi-faciə-olacaq

Islam Times
  https://www.islamtimes.org