0
Tuesday 31 January 2023 - 23:30

İngiltərə: Ukraynaya qırıcı göndərmək imkansızdır

Story Code : 1038901
İngiltərə: Ukraynaya qırıcı göndərmək imkansızdır
Reuters xəbər agentliyinin istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü Ukraynanın tələbinə cavab olaraq Kiyevə döyüş təyyarələrinin göndərilməsinin mümkün olmadığını bildirib.

Bu KİV-in məlumatına görə, Britaniya baş nazirinin sözçüsü deyib:"İngilis qırıcıları çox mürəkkəbdir və onları uçmağı öyrətmək üçün aylar lazımdır.
Bu məsələni nəzərə alaraq, hesab edirik ki, onların Ukraynaya göndərilməsi mümükün deyil."

Bu arada Almaniya kansleri Olaf Şults dünənki çıxışında ölkəsinin Ukraynaya qırıcı göndərməyəcəyini vurğulayıb.

Almaniya kansleri “Tagesspiegel” qəzetinə müsahibəsində deyib: "Ukraynaya qırıcı təyyarələrin verilməsinin məsələsi belə müzakirə olunmur.