QR CodeQR Code

“Amerikanın şah əsəri” dağılır; “İsrail” özü ilə mübarizə aparır

إسلام تايمز , 1 Feb 2023 14:21

İslamTimes: İşğal olunmuş ərazilərdə və işğalçıların özləri arasında münaqişələrin miqyasının artması, onların saxta rejiminin məhv olmağa doğru geddiyinin xəbərini verir.


Mövzu o dərəcədə ciddi hal alıb ki, sionizmi dəstəkləyən Amerika yəhudiləri, Ağ Ev Təl-Əvivin dağıdılmasının qarşısını almasını istəyiblər.

Əl-Əxbar” qəzetinin internet saytı işğal olunmuş ərazilərdəki münaqişələrin vəziyyəti ilə bağlı qısa təhlilində yazıb ki, sionist rejimi geniş daxili çəkişmələr içərisindədir və bu boş demokratiya məhv edilir. Bu hadisələr, Amerika yəhudilərinin də narahatlığını artırıb.

Bu media yazır ki, “Macarıstan və Polşa nümunəsi ilə boş demokratiyaya doğru irəliləyirik”, “İstənilən zülm və korrupsiyanın qanuniləşdirilməsi”, “Siyasi çevriliş”
Bütün bu təfsirlər və buna bənzər bir çox başqa şeylər sionist rejimin elitaları, tədqiqatçıları və rəhbərlərinin hazırkı vəziyyətləri ilə bağlı təfsir və təsvirləridir.

Bu hadisələr, Benyamin Netanyahunun kabinetinin “Məhkəmə islahatları” adlanan layihəsi və onun ədliyyə naziri Yario Levinin gördüyü işin nəticəsidir.

Təl-Əviv rəsmilərinin fikrincə, "Ali Məhkəmə"nin nüfuzunu sarsıdan bir addım, “İsrail demokratiyasının tacındakı ləl-cəvahiratı” və icra və qanunverici hakimiyyətlərdən daha yüksək səlahiyyəti zəiflədir.


Story Code: 1038968

News Link :
https://www.islamtimes.org/az/news/1038968/amerikanın-şah-əsəri-dağılır-israil-özü-ilə-mübarizə-aparır

Islam Times
  https://www.islamtimes.org