0
Thursday 2 February 2023 - 00:20

Ərdoğan: İsveç Quranı təhqir etməyə icazə verdikcə, NATO-ya üzv ola bilməz

Story Code : 1039055
Ərdoğan: İsveç Quranı təhqir etməyə icazə verdikcə, NATO-ya üzv ola bilməz
Anadolu agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasında çıxışı zamanı deyib:"Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müsbət münasibətimiz var; Amma İsveçin üzvlüyünə bizim rəyimiz mənfidir."

Qeyd edək ki, 2022-ci il mayın 18-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Finlandiya və İsveç NATO-nun baş katibinə alyansa qoşulmaq üçün müraciətlər göndərib.   Bu günə qədər İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizəsi 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə tərəfindən bəyənilməyib.

Türkiyə prezidenti bazar günü Türkiyənin Bilicik şəhərində gənclərlə görüşündə də deyib: "Lazım gələrsə, Finlandiya ilə bağlı daha bir mesaj verə bilərik. İsveç Finlandiyanın NATO üzvlüyü ilə bağlı bu fərqli mesajı eşidəndə şoka düşəcək."

O sözlərinə əlavə edərək Türkiyə-İsveç münasibətlərində qalmaqala səbəb olan eyni yanlış addımları Finlandiya atmamalı olduğunu deyib.