0
Thursday 2 February 2023 - 08:53

Venesuela: Rusiyaya qarşı sanksiyalar qlobal enerji bazarında xaosa səbəb olur

Story Code : 1039089
Venesuela: Rusiyaya qarşı sanksiyalar qlobal enerji bazarında xaosa səbəb olur
SalamNews xəbər verir ki, bunu Venesuelanın neft naziri Tariq Alaissami çərşənbə günü yazıb.

Nazir OPEC+ Nümayəndələri Birgə Monitorinq Komitəsinin 47-ci iclasında özünün sosial şəbəkələrdəki səhifələrində deyib: “Biz rasional olmayan, qeyri-qanuni və beynəlxalq hüququ pozan tədbirləri yaxından izləyirik, Qərb bununla qlobal enerji bazarının bir hissəsi olan və onu tarazlayan ölkələri hədəfə almaqda davam edir.”

O, əlavə edib: “Onlar indi bizim tərəfdaşımız və mühüm enerji, neft və qaz istehsalçısı, OPEC+ üzvü olan Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir və elan edirlər. Bu dünya enerjisində xaosa səbəb olur.”

Qeyd edək ki, 2020-ci ilin may ayında OPEC+ COVID-19 pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən xam neft hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Habelə 2022-ci ilin oktyabrında OPEC+ qlobal enerji bazarlarında qeyri-müəyyənliyə cavab olaraq, noyabr ayından başlayaraq gündəlik 2 milyon barel neftin bazardan çıxarılmasını yekdilliklə qəbul edib. Digər tərəfdən Rusiya neftinə qarşı sanksiyalar dünya enerji bazarında ciddi təlatümlərə gətirib, çıxarıb.