QR CodeQR Code

Pişəvərdə partlayışda şübhəli bilinən 23 nəfər saxlanılıb

2 Feb 2023 09:48

İslamTimes: Pakistan Pişəvər şəhərində məsciddə güclü partlayışla nəticələnən terror aktının səbəblərini araşdırmaqda davam edir.


APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, mühüm sübutların aşkarlanmasından sonra terror aktının hazırlanması və həyata keçirilməsində iştirakda şübhəli bilinən 23 nəfər, o cümlədən polis əməkdaşları saxlanılıb. Şübhəlilər arasında təkcə yerli sakinlər deyil, Əfqanıstanla sərhəddə yerləşən ərazilərdə yaşayanlar da var.

Pakistan hüquq-mühafizə orqanları terrorçunun məscidin ərazisinə necə girə biləcəyini araşdırır. çünki, şəhərin bu hissəsi xüsusi mühafizə olunur, orada çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayır. Polis məsciddə terrorçunun köməkçilərinin də olduğunu istisna etmir.

Son məlumatlara görə, kamikadzenin ibadət zamanı törətdiyi partlayış nəticəsində əksəriyyəti polis olmaqla 101 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Hücuma görə məsuliyyəti Pakistanın qadağan etdiyi Pakistan Taliban Hərəkatı (TTP) üzərinə götürüb.


Story Code: 1039091

News Link :
https://www.islamtimes.org/az/news/1039091/pişəvərdə-partlayışda-şübhəli-bilinən-23-nəfər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org