0
Thursday 2 February 2023 - 13:43

Lavrov: Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə bilər

Story Code : 1039142
Lavrov: Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə bilər
APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov “Rossiya24” kanalına müsahibəsində jurnalist və teleaparıcı Dmitri Kiselyovun “Ukraynadan sonra sizcə, kim anti-Rusiya mərkəzinə çevriləcək, Qazaxıstan, ya Qırğızıstan?” sualına Rusiya XİN rəhbəri “Moldova”, deyə cavab verib.

Rusiya XİN başçısı Moldova Prezidentinin anti-Rusiya siyasəti apardığını qeyd edib.