0
Thursday 2 February 2023 - 13:47

İsrail Ordusu Qəzzaya hava zərbələri endirib

Story Code : 1039143
İsrail Ordusu Qəzzaya hava zərbələri endirib
SalamNews bu barədə Fələstin Media Mərkəzinin saytına istinadən xəbər verir. Bu hücumda canlı itki və xəsarətlər barədə məlumat verilmir.

Bu arada İsrail ordusu iddia edib ki, Qəzzada raket və digər silah-sürsat istehsal edilən iki obyekti hədəfə alıb.

Həmçinin bu əsnada Qəzzadan İsrail Ordusunun nəzarətindəki bölgələrə bir neçə raket atılıb.

Qeyd edək ki, HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağı 2008-ci ildən hava, quru və sudan İsrailin mühasirəsindədir. Misirlə quru sərhəddə yerləşən sərhəd keçidləri isə nadir hallarda və məhdud şəkildə açılır.