0
Wednesday 5 October 2011 - 14:04

Mövsüm Səmədov son söz dedi

Story Code : 103932
Mövsüm Səmədov
Mövsüm Səmədov
Oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 6 nəfər son sözlə çıxış edir.

M. Səmədov son sözlə çıxışında bildirib ki, «məhkəmə sifariş yerinə yetirir, şahidlərdən isə aldatma və təzyiq yolu ilə ifadələr alınıb». O deyib ki, başqalarının da həbs olunması onun 2 yanvar çıxışına görədir.

Məhkəmə zalına isə müttəhimlərin qohumlarının çoxu buraxılmayıb. Məhkəməyə gələnlərdən biri Sərdar Hacıhəsənli AzadlıqRadiosuna bildirib ki, məhkəmə binasını polis mühasirəyə alıb, adamları sıxışdıraraq zorla ərazidən uzaqlaşdırıblar:

«Polislər, mülkigeyimli şəxslər qadın-kişi bilmir, yumruq, təpik atır, üstümüzə qışqırır, alçaldıcı sözlər deyirlər». /Azadlıq Radiosu/

Məhkəməyə gələn islamçıların yaxınları, dostları və partiya funksionerləri məhkəmə binasının ətrafına toplaşmaq istəyiblər. Polislə dindarlar arasında qarşıdurma yaranıb. Tutulanlar var. Onların arasında məhkəməsi gedən ruhani Fəramiz Abbasovun oğlunun və bacısının olduğu da bildirilir. /Deyerler/
Comment