0
Wednesday 5 October 2011 - 16:24

İsrail işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməlidir - Əhmədinejad

Story Code : 103961
İsrail işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməlidir - Əhmədinejad
İsrail işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməlidir - Əhmədinejad
''MehrNews''un verdiyi xəbərə görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad yerli telekanala verdiyi müsahibəsi zamanı deyib. Xalqa müraciətində İran prezidenti bildirib ki, bölgədə NATO kontingenti, yaxud Türkiyə ərazisində radiolokasiya stansiyası yerləşdirilsə belə, İsrail Fələstin ərazilərini tərk etməlidir.

''Bölgədə möhkəmlənməyə çalışan NATO planlarını siyasi və hərbi yolla həyata keçirməyə çalışır. AvroRƏM sisteminin Türkiyədə yerləşdirilməsi İsrailin təhlükəsizliyini təmin etməyəcək. Onlar İranın hər hansı hücuma cavab verəcəyi tədqirdə bu sistemlərdən bizə qarşı istifadə etməyi planlaşdırırlar'',- İran prezidenti deyib.

Əhmədinejad ölkənin iqtisadi inkişafına da toxunub: ''Hökümət iqtisadiyyatı inkişaf etdirmək məqsədilə bir sıra addımalr atır. Hazırda ölkə iqtisadi göstəricilərə görə dünyada 17-18-ci yerləri bölüşür. Lakin yaxın zamanlarda 12 yerə qalxacağımız gözlənilir''.

Sonda isə İran prezidenti ölkəyə qarşı tətbiq olunann iqtisadi sanksiyaların iqtisadiyyata ciddi təsir göstərmədiyini bildirib: ''Ölkəmizin gələcəyi parlaqdır, lakin bu yolda xalqın birləşməsi və daha böyük səylə çalışması tələb olunur''.
Comment