QR CodeQR Code

Suriyada 300 min insan evlərini tərk etdi

8 Feb 2023 12:59

İslamTimes: Dağıdıcı zəlzələ səbəbindən Suriyada 300 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.


Axar.az xəbər verir ki, bu barədə Suriyanın Fövqəladə Hallar üzrə Ali Komitəsinin rəhbəri Hüseyn Maklyuf deyib.

“Zəlzələdən dolayı öz evlərindən qaçan insanların sayı 298 min 829 nəfərə çatıb”, - deyə o bildirib.

Qeyd edək ki, son məlumata görə, zəlzələ səbəbindən Suriyada ölənlərin sayı 2 mini ötüb.

 


Story Code: 1040320

News Link :
https://www.islamtimes.org/az/news/1040320/suriyada-300-min-insan-evlərini-tərk-etdi

Islam Times
  https://www.islamtimes.org