0
Monday 13 February 2023 - 17:44

Hizbullah Suriyaya qarşı sanksiyaların yumşaldılmasına münasibət bildirdi

Story Code : 1041129
Hizbullah Suriyaya qarşı sanksiyaların yumşaldılmasına münasibət bildirdi

Hizbullah baş katibinin müavini ABŞ Maliyyə Nazirliyinin zəlzələdən zərərçəkənlərə kömək məqsədilə Suriyaya qarşı sanksiyalardan bir neçə ay azad olduğunu elan etmək qərarına reaksiya verib.
Şeyx Nəim Qasim mövzu ilə bağlı tvitində yazıb: “Sezar sanksiyaları, Suriya və onun xalqının mühasirəsi Amerika hökumətinin ən kiçik insanlıq standartlarından belə məhrum olduğunun göstəricisidir. Yardımların gəlməsinə icazə vermək Amerikanın vəhşi simasını dəyişməyəcək”.
ABŞ Maliyyə İdarəsi Suriyaya humanitar yardımın çatdırılması ilə bağlı bu yaxınlarda bildirib ki, Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi Suriyada zəlzələ ilə bağlı bütün yardım əməliyyatlarına 180 gün icazə verib.
Suriya Xarici İşlər Nazirliyi ABŞ Maliyyə Nazirliyinin qərarını “yanıltıcı və saxtakarlıq” kimi qiymətləndirib.
 
Source : SaharTV
Comment