0
Tuesday 14 February 2023 - 17:03

BMT Bəşər Əsədlə razılaşdı

Story Code : 1041358
BMT Bəşər Əsədlə razılaşdı
Teleqraf.com xəbər verir ki, razılaşma dünən axşam saatlarında baş tutub.

BMT Baş katibi Antonio Quterreş Suriya prezidenti Bəşər Əsədin qurum tərəfindən yardımların ölkənin şimal-qərbinə keçməsinə razılıq verdiyini və beləliklə, 3 ay ərzində iki sərhəd qapısından yardımların keçə biləcəyini bildirib.

Əl-Bab hava və Əl-Rai sərhəd qapılarından istifadə olunacaq.

Zəlzələdən sonra bölgədə olan BMT-nin yüksək səviyyəli simalarından olan Martin Griffitsin Dəməşqdə Suriya lideri ilə görüşdüyü bildirilir.
Ətraflı

Bağlı qapılar arxasında Əsədlə müzakirələr aparılıb.

“Fevralın 6-da baş verən zəlzələdən sonra həyat qurtaran ləvazimatlar bölgədə zərər çəkmiş milyonlarla insana ən qısa zamanda çatmalıdır. Sərhəd qapılarının açılması yardımların daha tez çatdırılmasına şərait yaradacaq”, - BMT nümayəndəsi bildirib.

Qeyd edək ki, Təhriruş-Şam terror qruplaşması zəlzələ baş verən gündən Suriya dövlətinin zərər çəkmişlərə yardım göstərməsinə müxtəlif yollarla mane olur.