0
Thursday 6 October 2011 - 10:00

Ərdoğan: İsrail məntəqə üçün böyük təhlükədir

Story Code : 104155
Ərdoğan: İsrail məntəqə üçün böyük təhlükədir
Ərdoğan: İsrail məntəqə üçün böyük təhlükədir
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Ərdoğan deyib: "Mən İsrail rejiminin məntəqə üçün böyük təhlükə olduğu qənaətindəyəm. Çünki bu rejim atom bombasına malikdir."

Türkiyə baş naziri bu sözləri 5 oktyabr tarixində Cənubi Afrikaya rəsmi səfəri çərçivəsində söyləyib.

Ərdoğan ötən ay İsrail rejiminin nüvə stansiyaları barədə Qərbin ikili siyasətlərini də tənqid etmişdi.

Cənab Ərdoğan CNN telekanalı ilə müsahibəsi zamanı deyib: "İsrail Yaxın Şərqdə nüvə silahına malik yeganə oyunçudur. Nə üçün Qərb dövlətləri İranın nüvə enerjisi əldə etməsinə mane olmaq istəyir, amma İsrailin atom silahına malik olmasından narahat deyil və onun yeni nüvə silahları əldə etməsinə mane olmur?!"

Nəzərinizə çatdıraq ki, uzun araşdırmalardan sonra sübuta yetib ki, işğalçı İsrail rejimi 200 nüvə başlığına sahibdir.
Comment